Uğrunda döyüşdüyü Füzuli şəhəri azad edilən gün dəfn olunan qubalı qəhrəman
11.12.2020 [17:06]
Xəbərin mətni
Quba rayonunun İkinci Nügədi kəndindən olan şəhid Cəlil Xeyrullayev Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının və Hadrut qəsəbəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlil Xüsusi Təyinatlı Qüvvələrin çavuşu kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Oktyabrın 15-də Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlər zamanı yanında tank mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.