Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suqovuşan və Talış kəndlərinə gedən yolların asfaltlanmasına başlanılıb

16.12.2020 [13:26]

Xəbərin mətni

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfaltlanması işlərinə başlanılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun bərpa olunur. İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.