Azad olunmuş torpaqlarımızda toy etmək istəyən şəhid kəşfiyyatçımız
19.12.2020 [12:52]
Xəbərin mətni
Vətən müharibəsində iştirak edən kəşfiyyatçı şəhid Şaiq Teymurov öz şücaəti ilə seçilib. Cəbhənin Füzuli istiqamətində kəşfiyyatçı qrupu ilə 31 ermənini məhv edib, 1 postu ələ keçirib. Digər bir tapşırığı isə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.AZƏRTAC xəbər verir ki, Şaiq 1992-ci il noyabrın 6-da İmişli rayonunun Aranlı kəndində dünyaya göz açıb. Hələ balaca ikən həmyaşıdlarından seçilən Şaiq vətənpərvərliyi ilə fərqlənib.