CƏMİYYƏT


Xaçmazda şəhid olan hərbçilərimizin xatirəsinə 2783 həmişəyaşıl ağac əkilib

Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi Xaçmaz rayonunda da əziz tutulur.
AZƏRTAC xəbər verir ki, rayon ərazisində Gəndob-Yalama və Xaçmaz-Quba yollarının kənarlarına 2783 ağac əkilib.
Ekoloji aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə-müəssisələr, bələdiyyə və icra nümayəndəliklərinin üzvləri və könüllülər iştirak edir.