İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə gələn ilk ixrac qatarının qarşılanma mərasimi olub

Türkiyədən Bakı-Tbilisi-Qars və Transxəzər “Şərq-Qərb” dəhlizi vasitəsilə Çinə gələn ilk ixrac qatarının Sian şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Sian şəhərində quru yük limanında təşkil olunan mərasimdə Çinin müvafiq qurumlarının rəsmiləri, Türkiyənin Çindəki səfiri Abdulkadir Emin Önen iştirak ediblər.