İQTİSADİYYAT


Xəzər rayonunda uzunluğu 52,4 kilometr olan küçə və yollarda təmir işləri yekunlaşır

Paytaxtın Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq rayonun Binə, Türkan və Zirə qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 34,4 kilometr uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Təmir işləri uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.