Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğlunun hərbçi olmasını vəsiyyət edən şəhid kapitan

25.12.2020 [15:55]

Xəbərin mətni

Kapitan Emin Mahmudov 1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. Hələ uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirib, ən qaynar nöqtələrdə zabit kimi xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, xüsusi xidmətlər göstərib.