Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yanvarın 1-dən “Smart Customs” layihəsinin tətbiqinə başlanılacaq

26.12.2020 [12:38]

Xəbərin mətni

2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” (“Smart Customs”) layihəsinin tətbiqinə başlanılacaq.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ölkədəki mövcud vəziyyətlə əlaqədar tətbiqinə müvəqqəti fasilə verilən "Smart Customs" daha da təkmilləşdirilmiş formada istifadəçilərə təqdim olunacaq.