Azərbaycan Dövlət İnformasiya Agentliyi

Talış kəndi uğrunda şəhidlik zirvəsinə ucalan qorxmaz kəşfiyyatçı

29.12.2020 [15:08]

Xəbərin mətni

Tamerlan Səfərov Vətən müharibəsinin ilk günündən şimal cəbhəsində döyüşlərə başlayıb. Düşmənin canlı qüvvəsinin və atış nöqtələrinin məhv edilməsində xüsusi xidmətləri olub. Oktyabrın 1-də Tərtərin Talış kəndi uğrunda gedən savaşda şəhidlik zirvəsinə ucalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tamerlan Səfərov 2001-ci ildə Qubanın Səbətlər kəndində dünyaya göz açıb. Məktəb illərindən hərb sahəsinə böyük marağı olub. 2019-cu ildə əsgərliyini başa vurduqdan sonra xidmətdə qalaraq, qorxmaz kəşfiyyatçı kimi Vətənə qulluq etməyə başlayıb.