ELM VƏ TƏHSİL


Azərbaycan ilə ICESCO arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvarın 11-də təhsil naziri Emin Əmrullayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ICESCO ilə təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı çərçivəsində ümumilikdə 51 nəfərin ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanması qeyd olunub.