Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib

18.01.2021 [13:07]

Xəbərin mətni

Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.