Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın qlobal enerji layihələrindən bəhs edən veriliş yayımlanıb
26.01.2021 [12:55]
Xəbərin mətni
Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan qlobal layihələrindən bəhs edən xüsusi veriliş yayımlanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, verilişin aparıcısı, investisiyalar sahəsində tanınmış ekspert Kazuyasu İşida Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları barədə yapon izləyicilərə ətraflı məlumat verib.