SİYASƏT


Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən şəxsi mərdlik, igidlik, cəsarət və fədakarlıq göstərərək düşmənin əsas qruplaşmalarının və döyüş texnikasının məhv edilməsində fərqlənən bir qrup tankçı, eləcə də şəhid tankçıların ailə üzvləri, qazilər, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun doğulub boya-başa çatdığı Lənkəran şəhərinə səfər edərək əfsanəvi sərkərdənin abidəsini, həmçinin ev-muzeyini ziyarət ediblər.