İQTİSADİYYAT


Çinin Çinqdao şəhərindən Bakıya 50 konteynerdən ibarət blok qatarı yola salınıb

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Çindən yola düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zəncirində yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, “ADY Konteyner” Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub. 40 futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq.