İQTİSADİYYAT


“NEQSOL Academy” – Azərbaycanda ilk çoxfunksionallı rəqəmsal təlim platforması istifadəyə verilib

“NEQSOL Holding” tərkibində olan şirkətlərin əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün “NEQSOL Academy” adlı yeni çoxfunksionallı rəqəmsal təlim və ünsiyyət platformasını istifadəyə verib.“NEQSOL Academy” hər zaman, hər yerdə qlobal öyrənmə imkanları ilə holdinqin tərkibindəki şirkətlərin əməkdaşlarının inkişafını dəstəkləmək üçün yaradılıb. Bu məqsədlə “Harvard Business School”, “MIT Sloan School”, “SkillSoft”, “RBL Institute”, ADA Universiteti və digər təhsil müəssisələri ilə əməkdaşlıq yaradılıb, onların proqramları platformaya əlavə edilib. Holdinqin 8 ölkədə fəaliyyət göstərən şirkətlərinin 10 minədək əməkdaşı vahid platformadan 6 dildə liderlik, idarəetmə, şəxsi inkişaf, funksional və digər mövzularda təlimlərdən yararlanacaq.