SİYASƏT


“2 Fevral Gənclər Günü” ilə bağlı Naxçıvan Qarnizonu qoşunlarında silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında “2 Fevral Gənclər Günü” ilə bağlı silsilə tədbirlər keçirilib.Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov, Vətən müharibəsinin iştirakçısı, əsgər Coşqun Məhərrəmov və digər çıxış edənlər əsgərlərimizin timsalında bütün gəncləri əlamətdar gün münasibəti ilə təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.