Azərbaycan Dövlət İnformasiya Agentliyi

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV

05.10.2026 [11:15]

Xəbərin mətni

“Şahdəniz” yatağından ilk qazın hasilatı 2006-cı ildə baş verib və bu il biz “Şahdəniz”dən qaz hasilatının 20-ci ildönümünü qeyd edirik. Buna baxmayaraq, “Şahdəniz”dəki hasilat rəqəmləri kifayət qədər yüksəkdir və bu, bir müddət təbii ki, davam edəcək. Bunu AZƏRTAC-a müsahibəsi zamanı bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.