İQTİSADİYYAT
Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub
03.02.2021 [15:25]
Qobustan rayonunun Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri yekunlaşdırılıb. Başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim-Göydərə yolu 4-cü texniki dərəcəlidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun ümumi uzunluğu 13 km-dir. Yenidənqurma işləri çərçivəsində yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.
18.05.2024 [21:17]
18.05.2024 [21:11]
18.05.2024 [21:04]
18.05.2024 [18:43]
17.05.2024 [18:46]
18.05.2024 [12:03]
14.05.2024 [17:26]
16.05.2024 [13:44]
10.05.2024 [13:06]
10.05.2024 [11:54]
10.05.2024 [12:10]
10.05.2024 [11:33]