Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yevlax rayonunun Qaraoğlan kənd yolu yenidən qurulur

08.02.2021 [22:17]

Xəbərin mətni

Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər görülür. Rayonda növbəti yol tikintisi Qaraoğlan kəndində aparılır.