Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA müsabiqə elan edib

09.02.2021 [16:43]

Xəbərin mətni

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Hər bir layihə üzrə maliyyələşdirmə maksimum 20 min manat məbləğində müəyyən edilib.