Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Gələndən 160 ağac əkmişəm...” - Dörd dəfə yaralanmış qazinin Zəngilana qayıdış hekayəsi

12.11.2026 [14:08]

Xəbərin mətni

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad edilmiş torpaqlarımızda həyatın yenidən canlanması 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ən böyük bəhrələrindəndir. Bu gün doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər illərlə həsrətində olduqları torpaqlarda yeni həyat qurur, gələcəyə ümidlə baxırlar. Zəngilan rayonunun Məmmədbəyli kənd sakini, müharibə qazisi Zakif Abbasov da bu qürurlu günləri yaşayanlardandır.