Müdafiə Nazirliyi Qubadlı rayonunun Qəzyan kəndinin videogörüntülərini paylaşıb
09.02.2021 [20:39]
Xəbərin mətni
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Qəzyan kəndinin videogörüntülərini yayıb.AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.Qəzyan kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 7-də kəndi işğalçılardan azad edib.