Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda daha bir küçə təmir olunur

11.02.2021 [11:10]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsinin əsaslı təmirinə başlayıb.
Küçə uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır. Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 330 metr, eni isə ortalama 9 metr təşkil edir.