SİYASƏT


Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir

Azərbaycan Ordusunun 2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, minaatanların təlim prosesi Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.