CƏMİYYƏT


Torpağa bitkiyə uyğun gübrə norması verilərsə, məhsuldarlıq da artacaq - Aqrokimya laboratoriyasından reportaj

Salyan Regional Aqrokimya Laboratoriyası yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Burada innovativ üsullarla işləyən mütəxəssislər fəaliyyət göstərirlər.
AZƏRTAC xəbər verir ki, ötən il fermerlərin laboratoriyaya müraciəti əsasında aparılan analizlər və bu analizlərin cavablarına uyğun olaraq torpağın gübrə ilə təminatı nəticəsində həmin sahələrdə yüksək məhsuldarlıq qeydə alındı. Bu il isə Salyan Regional Aqrokimya Laboratoriyasında 3100 torpaq nümunəsinin analizi nəzərdə tutulub. Hazırda Salyan rayonu üzrə 60 fermerdən 147, Neftçala rayonu üzrə 103 fermerdən 396, Hacıqabul rayonu üzrə isə 54 fermerdən 558 torpaq nümunəsi alınıb. Qarşıdakı günlərdə bu rəqəmlər daha da artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır