Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şəmkir” su elektrik stansiyasının su anbarı qəzalı vəziyyətdən çıxarılır

02.03.2021 [11:09]

Xəbərin mətni

Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) təxirəsalınmaz işləri davam etdirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş sutullayıcı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb.