SİYASƏT


Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Qaradağlı kəndinin videogörüntülərini paylaşıb.AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.Qaradağlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 14-də kəndi işğaldan azad edib.