İQTİSADİYYAT


Saatlıda örtük altında tez yetişən qarğıdalı əkininə başlanılıb

Saatlıda örtük altında qarğıdalı yetişdiriləcək. Tez yetişən toxum növündən əldə edilən şitillər artıq sahələrə köçürülür. Bir hektar sahədən 100 min ədəd qarğıdalı tədarükü nəzərdə tutulub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıda ilk dəfə olaraq böyük ərazidə örtükaltı qarğıdalı sahəsi salınır. Bunun üçün rayonun Qaralar kəndində 1 hektardan çox ərazi ayrılıb.Torpaq qabaqcadan aqrotexniki qaydalara uyğun hazırlanıb. Fermer Həbib Əhmədov deyir ki, şitillər Türkiyə sortu olan sütül qarğıdalı toxumundan əldə edilib.