Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astarada salınan Zəfər parkında işlər yekunlaşmaq üzrədir

12.03.2021 [11:36]

Xəbərin mətni

Astarada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə Zəfər parkı salınır. İlin əvvəlindən başlanan işlər yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda işğalçı Ermənistan ordusuna qarşı döyüşlərdə 124 astaralı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Onlardan 41 nəfəri Vətən müharibəsində həlak olub.