CƏMİYYƏT


Qazimiz hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin edildi

Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abdulla Abdullayev döyüşlərin birində ağır yaralanaraq hər iki ayağını itirib. Prezident İlham Əliyevin Sərəncamı ilə o, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abdulla Abdullayevi yüksək texnologiyalı protezlərlə təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mingəçevir şəhər sakini olan Abdulla bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib.