İQTİSADİYYAT


Yeni yaradılan yonca sortlarının sınaq əkini gerçəkləşib

Beyləqanda yeni yaradılan yonca sortlarının sınaq əkini həyata keçirilib. Əsas məqsəd yerli iqlimə uyğun toxum növlərinin müəyyən olunması və daha məhsuldar toxumlar əldə etməkdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqanda yeni yaradılan xarici və yerli sortlardan ibarət yonca toxumlarının sınaq əkininə başlanılıb. Həyata keçirilən işlər Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi Tədqiqat İnstitutu və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşib.