Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiyanın inşası və bərpası planlaşdırılır
30.10.2026 [11:34]
Xəbərin mətni
Azərbaycan Dəmir Yolları (ADY) Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət Proqramına uyğun olaraq Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası layihəsi üzrə hazırlıq işləri aparılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.