Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq
30.10.2026 [11:42]
Xəbərin mətni
Bakıətrafı ərazilərdə dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində Yeni Suraxanı-Hövsan xəttinin ilk növbədə istifadəyə verilməsi planlaşdırılır. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında deyib.