SİYASƏT


Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Mahmudlu kəndinin videogörüntülərini paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mahmudlu kəndinin videogörüntülərini paylaşıb.AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.Mahmudlu kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 4-də kəndi işğaldan azad edib.