İQTİSADİYYAT


“Azərişıq” elektrik şəbəkəsinə onlayn qoşulma xidmətinin tətbiqi haqqında məlumat təqdim edib

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elektrik şəbəkəsinə onlayn qoşulma xidmətinin tətbiqi haqqında məlumat təqdim edib.ASC-dən AZƏRTAC-a bildirilib ki, sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər. Abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.