“Xanoba” gömrük postunda tikinti işləri davam etdirilir
12.04.2021 [12:42]
Xəbərin mətni
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda aparılan tikinti işləri ilə tanış olub. Ərazidə həyata keçirilən tikinti-quraşdırma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib.