Mərakeşdə “Azərbaycan - İslam Şərqində ilk demokratik respublika” kitabının təqdimatı olub
13.04.2021 [12:02]
Xəbərin mətni
Azərbaycanın Mərakeşdəki səfirliyi və Azərbaycan-Mərakeş Dostluq qrupunun təşkilatçılığı ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət təşkilatının (ICESCO) mənzil qərargahında “İşlah va Tənmiyə” qəzetinin redaktoru, yazıçı-jurnalist Əhməd Mutçunun müəllifi olduğu “Azərbaycan - İslam Şərqində ilk demokratik respublika” kitabının təqdimat mərasimi keçirilib.