İQTİSADİYYAT


M1 magistralının 16-30-cu kilometrlik hissəsində təmir-bərpa işlərinin ilk hissəsi yekunlaşıb

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, M-1 magistralının 16-cı kilometrindən (“VAZ dairəsi”) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin birinci hissəsi artıq yekunlaşıb.