İQTİSADİYYAT


Saatlıda istiyə davamlı “Lajin” pomidor növünün innovativ üsulla əkininə başlanılıb

Saatlıda “Lajin” sortu olan pomidor əkininə başlanılıb. Aran iqliminə uyğun olan bu pomidorlar yüksək məhsul vermək qabiliyyətinə malikdir. Yetmiş günə yetişəcək pomidor sahəsindən 70 ton məhsul götürülməsi nəzərdə tutulub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıda yaz tarla işləri davam etdirilir. Hazırda sahələrdə digər əkinlərlə yanaşı, bostan tərəvəz bitkilərinin də əkininə başlanılıb.