İQTİSADİYYAT


Tovuz: Suvarmada çətinliklərin olmaması və su itkisinin qarşısının alınması üçün əməli tədbirlər görülür

Tovuz Suvarma Sistemləri İdarəsi ötən il 23379 hektar sahənin suvarılmasını təmin edib. Fermerlərin öz məhsullarını suvarmasında çətinliklərin yaranmaması üçün idarə tərəfindən bu gün də əməli tədbirlər görülür. Xunam və Quşçu arxları lil və kol-kosdan təmizlənib, Kürək çayı, Tovuz çayı, Zəyəm çayı və Axınca çaylarında məcra təmizlənib və hər iki istiqamətdə işlər davam etdirilir.