Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suqovuşan qəsəbəsinin elektrik enerjisi ilə təchizatı işləri sürətləndirilib

22.04.2021 [13:44]

Xəbərin mətni

“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir.Qurumdan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, ASC “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.