İQTİSADİYYAT


Biləsuvarda payızlıq əkin sahələrinin gübrələnməsi yekunlaşır

Biləsuvarda kənd təsərrüfatı məhsulları istehsalçıları sahələrdə payızlıq dənli bitkilərin yemləmə gübrə ilə təminatını artıq yekunlaşdırmaq üzrədirlər. Yanvar ayından bu günədək “Aqroservis” ASC-nin rayon bölməsindən 1144 ton gübrə satışı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, fermer və mülkiyyətçilərin əkinlərin yemləmə, yəni tərkibində azot elementi olan gübrələrə tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC mövsümqabağı rayon bölməsinin anbarlarını kifayət qədər ammonium nitrat gübrəsi ilə təmin edib. Yanvar ayından bu günədək “Aqroservis”in rayon bölməsindən mülkiyyətçilərə 215 ton nitroammofos, 255 ton ammofos, 674 ton ammonium nitrat gübrəsinin satışı həyata keçirilib.