MƏDƏNİYYƏT


Yosundan hazırlanan yastıqlar turistlərin böyük marağına səbəb olub

Elşən İbrahimov İncəsənətin əhatəsində böyüyüb. Atası rəssam, anası musiqiçidir. Müsahibimizin deyir ki, bu sənətin bütün növləri ilə məşğul olub. Azərbaycanın tarixini, mədəniyyətini təsvir edəcək suvenirlər hazırlamağı düşünüb. Balıq ovuna çıxmağı çox sevən Elşən elə dənizdə olan yosunları yığıb və evdə qurudub. Yastıq üzlüklərində müxtəlif milli naxışlarımız və ya ölkəmizin yaddaqalan məkanları əks etdirilib. Ona əl işlərinin tanınmasında ən böyük dəstəyi isə ABAD göstərib.