İQTİSADİYYAT


Bakıya 320 yeni avtobus gətiriləcək

2021-2022-ci illərdə Bakıya 320 yeni avtobusun gətirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli aprelin 28-də agentliyin 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Son 5 ildə istismarda olan 1680 avtobus təmir olunub. Həmçinin bu müddət ərzində 36 avtobus qarajı istifadəyə verilib. Bu qarajlardan 11-i müasir qarajlardır. Müasir qaraların 2-si dövlətin, 9-u isə özəl daşıyıcıların balansındadır”, - deyə o qeyd edib.