MƏDƏNİYYƏT


Misirin dövlət telekanalı Azərbaycanda Ramazan ayının adət-ənənələri haqqında veriliş yayımlayıb

Misirin “Nile” dövlət televiziya kanalında Azərbaycanda Ramazan ayının adət-ənənələri haqqında veriliş yayımlanıb.AZƏRTAC xəbər verir ki, verilişin qonaqları - “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədr müavini Sədaqət Əli Əşrəf və Diasporla İş üzrə Dövlət Komitəsinin Misirdəki əlaqələndiricisi Səbinə Aydın Hidayət Azərbaycanda müqəddəs Ramazan ayında əsrlər boyu davam edən adət-ənənələrdən, milli mətbəximizin nümunələrindən, xüsusən ölkəmizin dilbər guşəsi olan Qarabağdan bəhs ediblər. Onların studiyaya gətirdikləri şirniyyatlar və Azərbaycan çayı tamaşaçılarda böyük maraq doğurub.