İQTİSADİYYAT


Xətai rayonunda iki əsas küçə təmir edilir

Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda Xətai rayonu ərazisində təmir-tikinti işləri Əliağa Şıxlinski küçəsinin “Neapol dairəsi”ndən Məhəmməd Hadi və Nəsirəddin Tusi küçələrinə qədər olan hissəsində aparılır. Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.