İQTİSADİYYAT


Azərbaycanda ilk dəfə “Bəşəriyyətin xilaskarı” adlandırılan Kinoa bitkisi becəriləcək

Vətəni Cənubi Amerika olan Kinoa adlı bitki Azərbaycanda da becəriləcək. Kinoa bitkisinin ölkəmizdə ilk dəfə mədəni şəkildə səpini aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bitkinin sınaq səpini Beyləqan rayonunda yerləşən Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təcrübə stansiyasında həyata keçirilib. Səpin işləri regional mərkəzin və Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkilatçılığı ilə elmi əsaslara söykənilərək gerçəkləşdirilib. İlkin mərhələdə sınaq məqsədilə Kinoa əkini üçün 1 hektar ərazi ayrılıb. Sahədə aqrotexniki işlər görülüb və səpinə hazır vəziyyətə gətirilib.