Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətiriblər
10.05.2021 [15:36]
Xəbərin mətni
Həmin gün xarıbülbül Ağdamda təkcə çiçək açmamışdı, həm də elə bil “ayaq tutub yeriyirdi”. Hər tərəfdə xarıbülbülün çiçəkləri göz oxşayırdı. Bu, 28 ildən çox davam edən həsrətin ağrı-acısı, intizarı idi, yoxsa illərlə doğmalarını gözləyən qeyri-adi çiçəyin sevinci? Elə bil burdakı daşlar, qayalar, xırdalanmış daş parçaları da qoynuna ayaq basan, illərlə onun həsrətini çəkən doğma sakinlərinin gəlişindən duyğulanıb vəcdə gəlmişdi...