Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim Şahbulaq qalası yeni baharını yaşayır

14.05.2021 [13:57]

Xəbərin mətni

Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.