İQTİSADİYYAT


Bu il Biləsuvarda 8550 hektar sahədə pambıq əkiləcək

Respublikamızın iri pambıqçılıq rayonlarından olan Biləsuvarda aprel ayından əkinə başlayan rayon zəhmətkeşləri bu günədək 7500 hektara yaxın sahədə çiyid səpinini həyata keçiriblər. Pambığı yüksək aqrotexniki şəraitdə becərən təsərrüfatçılar sahələrdən hər il bol məhsul əldə edirlər.
AZƏRTAC xəbər verir ki, Biləsuvarda çiyid səpini davam etdirilir. Bu il rayonda 1491 istehsalçı ilə 4 tədarükçü şirkət arasında 8 min 550 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanıb. Müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.